Beynəlxalq elmi konfransda qədim Azərbaycan şəhərlərinin gerbləri barədə elmi məruzə dinlənilib

28.02.2020 Off By admin

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dövlət Ermitajı muzeyində keçirilən “Heraldika: Tədqiqat və təcrübə” adlı beynəlxalq elmi konfransda, Beynəlxalq Muzeylər Şurasının (İCOM) tərkibində İCOMAM Beynəlxalq Komitəsinin idarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Rusiya İmperiyasının tərkibində Azərbaycan şəhərlərinin mahal və quberniyalarının gerbləri” adlı elmi məruzəsi dinlənilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə nüfuzlu alimlər və mütəxəssislər iştirak ediblər.

Tarixçi alim P.Gözəlovun məruzəsi zamanı fotoslaydlar nümayiş edilib və iştirakçıları maraqlandıran suallar cavablandirilıb.

Xəbəri paylaş: