Belarus səfiri Həzi Aslanovun abidəsini ziyarət edib

05.02.2020 Off By admin

Fevralın 4-də Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və səfirliyin əməkdaşları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər, abidənin qarşısına gül dəstələri qoyublar.

Bu barədə APA-ya Belarusun Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ziyarət H. Aslanovun anadan olmasının 110 illiyi münasibətilə təşkil olunub.

Bildirilib ki, H. Aslanov Böyük Vətən müharibəsi illərində Belarus ərazisində ən aktiv döyüşlərdə iştirak edib, birbaşa onun rəhbərliyi altında tank briqadası Vileyka, Molodeçno və ölkənin digər yaşayış məntəqələrini işğaldan azad edib.

Xəbəri paylaş: