BDU-da TƏŞVİŞ – Tələbə qızdırma içində evə göndərildi

28.02.2020 Off By admin

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təşviş yaşanıb.

KONKRET.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, 3-cü kursda oxuyan tələbə qızda yüksək hərarət aşkar edilib. Bu da müəllimi və tələbə yoldaşlarını təşvişə salıb. Nəticədə müəllim tələbənin təcili evə getməsini və bayıra çıxmamasını tələb edib.

Hadisənin növbəti gedişatı haqqında əlavə məlumat veriləcək.

Gül QƏDİRLİ

Xəbəri paylaş: