“Barselona”nın oyunçusu koronavirusa yoluxdu

“Barselona”nın oyunçusu koronavirusa yoluxdu

02.12.2020 Выкл. Автор admin

İspaniyanın «Barselona» klubunun futbolçusu Serxi Roberto koronavirusa yoluxub.

Hakimiyyet.com apasport.az-a istinadla bildirir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, testinin nəticəsi pozitiv çıxan müdafiəçi karantinə alınıb və ümumi kollektivdən dərhal təcrid olunub. La Liqanın X turunda «Atletiko» ilə matçda zədələnən (0:1) sağ cinah oyunçusunun, onsuz da, bu üzdən təxminən 2 ay komandasına kömək edə bilməyəcəyi açıqlanıb. Serxi Roberto bu mövsüm 10 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.