“Barselona” uduzduğuna görə qardaşını öldürdü

27.01.2020 Off By admin

Əfqanıstanın Kapisa vilayətində Həşmətullah adlı 30 yaşlı kişi “Barselona” ilə “Valensiya” arasındakı qarşılaşma səbəbindən başlayan mübahisə zamanı kiçik qardaşı Emini əvvəlcə bıçaqlayıb, daha sonra ov tüfəngi ilə vurub.

Bu barədə Əfqanıstanın “Ariana TV” telekanalı informasiya yayıb.

“Ötən gecə Həşmət adlı gənc “Barselona”nın “Valensiya”ya uduzmasına görə iki qardaş arasında başlamış mübahisə zamanı kiçik qardaşını bıçaqlayıb, sonra isə ov tüfəngi ilə vurub. Xəstəxanaya çatdırılan Emin, təəssüf ki, xilas edilə bilməyib”, – vilayət polisindən bildirilib.

Polis qatil qardaşın axtarışlarının davam etdiyini qeyd edib.

Xatırladaq ki, İspaniya La Liqasında “Barselona” səfərdə “Valensiya”ya 2-0 hesabı ilə məğlub olub.

Xəbəri paylaş: