“Barselona” qalib gəlib, “Sevilya” büdrəyib

03.02.2020 Off By admin

İspaniya La Liqasında XXII tur yekunlaşıb.

Apasport.az saytının məlumatına görə, son gündə azarkeşlər 6 görüş izləyiblər.

İlk “dördlüy”ü hədəfləyən “Real Sosyedad” “Leqanes” səfərində hesabı açmasına baxmayaraq, meydanı məğlub tərk edib. “Leqanes” son dəqiqə qolu sayəsində əzmkar qələbə qazanıb.

Mövsümün sürpriz komandası “Xetafe” ilə Bilbaoda yerli “Atletik” də bacarmayıb. Qonaqlar hər hissədə bir qol vuraraq, evə 3 xalla dönüblər.

“Sevilya” doğma azarkeşləri önündə “Alaves”in müqavimətini qıra bilməyib. Komandalar hərəyə 1 qolla xalları yarı bölüblər.

Turun son matçında “Barselona” “Levante”ni qəbul edib. Lider “Real” bir gün əvvəl qələbə qazandığından, Kataloniya klubunun “Nou Kamp”da qalibiyyətdən başqa yolu yox idi. “Barsa” gənc oyunçusu Ansu Fatinin 2 dəqiqə ərzində dubl etdiyi matçdan qalib ayrılmağı bacarıb.

İspaniya La Liqası
XXII tur
2 fevral
“Leqanes” – “Real Sosyedad” – 2:1

Omureo, 49; Oskar, 90+4 – İsak, 20
“Eybar” – “Betis” – 1:1
Orelyana, 15 (pen.) – Fekir, 7
“Atletik” – “Xetafe” – 0:2
Damian Suares, 36; Mata, 50 (pen.)
“Sevilya” – “Alaves” – 1:1
Okampos, 77 (pen.) – Jozelu, 70
“Vilyarreal” – “Osasuna” – 3:1
Pako, 45+1; Pena, 54; Kazorla, 59 (pen.) – Aridane, 48
“Barselona” – “Levante” – 2:1
Fati, 30, 31 – Roçina, 90+2

1  Real 22 14 7 1 40-13 49
2  Barselona 22 14 4 4 52-26 46
3  Sevilya 22 11 6 5 28-21 39
4  Xetafe 22 11 6 5 32-20 39
5  Valensiya 22 10 7 5 33-29 37
6  Atletiko 22 9 9 4 22-15 36
7  Vilyarreal 22 10 4 8 39-30 34
8  Real Sosyedad 22 10 4 8 37-30 34
9  Atletik 22 7 10 5 22-17 31
10  Qranada 22 9 3 10 27-29 30
11  Osasuna 22 6 10 6 29-28 28
12  Betis 22 7 7 8 30-34 28
13  Levante 22 8 2 12 27-34 26
14  Valyadolid 22 5 10 7 18-24 25
15  Alaves 22 6 6 10 23-32 24
16  Eybar 22 6 6 10 21-30 24
17  Leqanes 22 4 6 12 18-34 18
18  Malyorka 22 5 3 14 22-38 18
19  Selta 22 3 8 11 17-31 17
20  Espanyol 22 3 6 13 18-40 15

 

Xəbəri paylaş: