Bakıda Rusiya-NATO danışıqlarının növbəti mərhələsinin keçiriləcəyi tarix bilindi

03.02.2020 Off By admin

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı Tod Uolters arasında Bakıda keçiriləcək görüşün tarixi məlum olub.

“RİA Novosti” diplomatik mənbələrə istinadən xəbər verir ki, görüş fevralın 6-7-də baş tutacaq.

Görüşün gündəliyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Bakıda bundan əvvəl Rusiya-NATO formatında görüş keçən il noyabrın 26-da keçirilmişdi.

Xəbəri paylaş: