Bakıda azyaşlı 6-cı mərtəbədən yıxılaraq ölüb

04.02.2020 Off By admin

Bakıda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. 2017-ci il təvəllüdlü Sərdarlı Mehdi Əlihüseyn oğlu 6-cı mərtəbədə yerləşən evin pəncərəsindən yıxılıb. Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: