Bakıda aksizsiz alkoqol və tütün məmulatları aşkarlanıb

21.02.2020 Off By admin

ergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 241 E ünvanında, fiziki şəxs Nizaməddinov Nizami Möhübbət oğluna məxsus mağazada aksiz markaları ilə markalanmamış 48 ədəd alkoqollu içki və 10 813 qutu tütün məmulatları aşkar olunaraq götürülüb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, faktla bağlı cinayət işi qaldırılıb, N. Nizaməddinov barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nazirlik bildirir ki, vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəkdir. Vətəndaşlardan bu cür saxta malların satışı faktlarına rast gəldikdə, dərhal əlaqədar dövlət orqanlarına müraciət etmələri xahiş olunur.

Xəbəri paylaş: