Bakı Limanı: Yaranan TIR növbəsinin azaldılması üçün müvafiq işlər həyata keçirilir

10.01.2020 Off By admin

Ələt qəsəbəsində yerləşən Bakı Limanında Türkmənistan istiqamətində gəmi hərəkəti normal rejimdə həyata keçirilir.

Bakı Limanından “APA-Economics”ə verilən məlumata görə, Türkmənistana məxsus “Berkarar” gəmisinin təmirdə olması səbəbindən, Bakı Limanında toplanan ağır yüklü nəqliyyat vasitələrin (TIR) növbəsinin azalması üçün Azərbaycan və Türkmənistan tərəfindən müvafiq işlər həyata keçirilir.

Məlumata görə, hazırda 51 TIR yol vergisini ödədikdən sonra “Bəxtiyar” gəmisi ilə Türkmənbaşı limanına yola salınır. Ümumilikdə, Bakı Limanında Türkmənistana yola düşəcək 300-ə yaxın TIR mövcud olan ardıcıllıqla tez bir zamanda yol salınacaq.

“Bakı Limanı sürücülərin rahatlığı üçün müvafiq tədbirlər görür, gözləmə vaxtı onların yarana biləcək tələblərini ödəmək üçün iş aparır. Məsələ ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, – məlumatda qeyd edilir.

Qeyd edək ki, ötən gün Bakı Limanında Türkmənistana məxsus 500-ə yaxın TIR ilişib qalmışdı. Bundan başqa, Türkmənbaşı limanında da həm Türkmənistanın, həm də xarici TIR-ların tıxacı yaranıb.

Xəbəri paylaş: