Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb

13.12.2019 Off By admin

enitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Nəbiyev Əli Maqsud oğlu ilə qısamüddətli görüşə gəlmiş qonşusu Yevlax rayon sakini Hacıyev Ələddin Sələddin oğlu tərəfindən gətirilmiş sovqata və onun üzərinə baxış keçirilib. Baxış zamanı Ə.Hacıyevin əynindəki gödəkçənin cibindəki siqaret qutusunda gizlədilmiş üç bükülüdə 1,227 qram narkotik maddə – marixuana və 10 siqaret filtrində xüsusi üsulla gizlədilmiş toz halında 2 qram metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: