Bakı Dövlət Universitetinin tələbələri AMEA-nın Fiziologiya İnstitutunda təcrübə keçirlər

26.02.2020 Off By admin

akı Dövlət Universitetinin biologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda biologiya ixtisası üzrə təcrübə keçirlər.

Fiziologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, tələbələr istehsalat təcrübəsində dünya praktikasında tətbiq olunan metodlar haqqında məlumat alırlar. Onlar laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olurlar.

Eyni zamanda, tələbələr institutun elmi seminarlarında iştirak edərək tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərə yiyələnirlər.

İstehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.

Xəbəri paylaş: