Bağdadda ABŞ əleyhinə çoxminlik aksiya keçirilib

24.01.2020 Off By admin

İraqda ABŞ hərbi kontingentinin ölkəni tərk etməsini tələb edən minlərlə vətəndaş etiraz aksiyası keçirib.

Xəbəri “Reuters” agentliyi yayıb.

Etiraz aksiyası ölkənin tanınmış din xadimi Müqtəda əs-Sədrin çağırışı ilə baş tutub.

atırladaq ki, yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Hava limanı yaxınlığında raket hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani, Əbu Mehdi Əl-Mühəndisi və bir neçə hərbçi öldürülüb. Hadisədən dərhal sonra İraq parlamenti ABŞ hərbi qüvvələrinin ölkəni tərk etməsi haqqında qərar çıxarıb.

Qarşı tərəf isə qərarı icra etməkdən imtina edib.

 

Xəbəri paylaş: