Bağdada hava zərbəsi endirilib, itki var

04.01.2020 Off By admin

İraqın paytaxtı Bağdadda “Al-Haşed Aş-Şaabi” şiə qoşununun nümayəndələri olan avtomobil karvanı hava zərbələrinə məruz qalıb.

RİA “Novosti” bildirir ki, bu barədə İraqın “Sumariyə” telekanalı məlumat verib.

Qeyd edilir ki, hadisə Bağdadın şimalında Taci ərazisində gecə saatlarında baş verib.

RİA “Novosti”yə təhlükəsizlik xidmətindəki mənbə tərəfindən verilən məlumata əsasən, zərbə nəticəsində azı beş nəfər öldürülüb. Hazırda onların adları müəyyən edilir.

Bağdadlı jurnalist Heydər Hüsseyni özünün “Twitter” səhifəsində hava zərbələrinin əks olunduğu videonu yerləşdirib.

 

Xəbəri paylaş: