Badminton üzrə Azərbaycan millisi Almaniya komandası ilə qarşılaşıb

13.02.2020 Off By admin

Badminton üzrə kişilərdən ibarət milli komandamız bu gün Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, komandamız turnirin favoritlərindən sayılan Almaniya seçmə kollektivinə 0:5 hesabı ilə məğlub olub. Yığmamız qrupda son oyununu fevralın 13-də Çex Respublikasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, millimiz ötən gün birinci oyununda İslandiya komandasına 2:3 hesabı ilə məğlub olub.

Xəbəri paylaş: