Azәrbaycanda zәlzәlә oldu

23.02.2020 Off By admin
Saat 4:43-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ olub.

“Ölkә.Az” bildirir ki, bu barәdә Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindәn mәlumat verilib.

Yeraltı təkanlar 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 1 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Xəbəri paylaş: