“Azərişıq” sosial şəbəkələr vasitəsilə sorğuların qəbuluna başlayıb

27.01.2020 Off By admin

“Azərişıq” ASC “Facebook” və “Instagram” sosial şəbəkələr vasitəsilə vətəndaş sorğularının qəbuluna başlayıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar qeyd olunan sosial şəbəkələrdə ASC-nin rəsmi internet səhifəsi vasitəsilə onları maraqlandıran sualları ünvanlaya, “Azərişıq”la bağlı bütün məlumatları əldə edə bilər.

Bundan əlavə, müraciətlər “199” Çağrı Mərkəzi vasitəsilə də qəbul olunur.

Xəbəri paylaş: