Azərbaycanlı futbolçu üçün erməni baş məşqçi

15.12.2019 Off By admin

Qazaxıstanın “Tobol” klubunun yeni baş məşqçisi bəlli olub.

Oxu.Az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi erməni Qriqori Babayana tapşırılıb.

Bu barədə Kostanay təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Amma onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Babayan bundan əvvəl “Astana”da “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun köməkçisi işləyib.

Xəbəri paylaş: