Azərbaycanlı futbolçu “Liverpul”a qarşı

17.02.2020 Off By admin

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin “Liverpul” komandasına qarşı oynaya bilər.

Oxu.Az xəbər verir ki, dörd gün əvvəl İngiltərənin “Vulverhempton” klubunun 23 yaşadək komandası (U-23) ilə Birminqem Kubokunda “Leminqton”a qarşı matçda (2:0) ikinci hissədə meydana daxil olmuş Dadaşov bu dəfə çempionat çərçivəsində oyuna çıxacaq.

O, “Liverpul” U-23-nə qarşı bu gün Premyer Liqa 2 çərçivəsində meydana çıxmaq şansı əldə edəcək.

Qeyd edək ki, Renat Dadaşov artıq bir dəfə – yanvarın 29-da “Liverpul” U-23-nə qarşı oynayıb. O, Premyer Liqa Beynəlxalq Kubokunda “Liverpul” U-23-ü ilə 2:2 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə oynamış və hətta 49-cu dəqiqədə qol da vurmuşdu.

Sonradan Renatın bu qolu “Vulverhempton” klubunda yanvar ayının ən yaxşı qolu sırasına düşmüşdü.

Xəbəri paylaş: