Azərbaycanda icbari həyat sığortası üzrə yığımlar 36% artıb

08.02.2020 Off By admin

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 2019-cu il ərzində 48,113 mln. manat həcmində sığorta haqqı yığılıb.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, hesabat ilində şirkətlər bu sığorta növü üzrə cəmi 3,101 mln. manat həcmində ödəniş həyata keçiriblər.

AMB-nin açıqladığı hesabata əsasən, icbari həyat sığortası üzrə yığımlar 2018-ci il ilə  müqayisədə 36% artıb. Bu müddətdə ödənişlərin həcmində isə əksinə 1,1% azalma qeydə alınıb.

Xatırladaq ki, sığorta şirkətləri tərəfindən bütün sığorta növləri üzrə cəmi 681,177 mln. manat həcmində sığorta haqqı toplanıb, 301,537 mln. manat isə ödəniş həyata keçirilib.

Xəbəri paylaş: