Azərbaycanda BOKT-ların aktivləri 9% artıb

07.02.2020 Off By admin

Azərbaycanda bank olmayan kredit təşkilatlarının aktivləri(Aqrarkredit istisna olmaqla) ötən ilin son rübü ərzində 9% artaraq cari cari il yanvarın 1-nə 342,6 mln. manat təşkil edib.

 “APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, hesabat ilində BOKT-lar tərəfindən müştərilərə verilən kreditlərin həcmi 5,4% artaraq 268,8 mln. manata yüksəlib.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 6,8% artaraq 201,4 mln. manata çatıb. Öhdəliklərin 87,7 mln. manatını cəlb edilmiş vəsaitlər(46,2 mln. manat bank kreditləri, 41,5 mln. manat digər maliyyə institutlarının kreditləri), 25,7 mln. manatını qiymətli kağızlar təşkil edib.

BOKT-ların nizamnamə kapitalı 103,8 mln. manatdan cari il yanvarın 1-nə 110,2 mln. manata yüksəlib.

Hesabata əsasən, ötən il ərzində BOKT-ların(Aqrarkredit istisna olmaqla) xalis mənfəəti 14,8 mln. manat təşkil edib.  

Xəbəri paylaş: