Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü keçirilir

03.12.2019 Off By admin

Bakıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilir.

APA-nın xəbərinə görə, görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq, nazirlər, həmçinin, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.

Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmə planı da imzalanacaq.

Qeyd edək ki, dekabrın 2-dən ölkəmizdə səfərdə olan S.Lavrov dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Xəbəri paylaş: