Azərbaycan gələn il qeyri-neft ixracının təşviqinə 20 mln. manat xərcləyəcək

18.12.2019 Off By admin

Azərbaycanın 2020-ci ilin dövlət büdcəsində qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirləri üçün xərclərə 20 mln. manat vəsaitin sərf olunacağı nəzərdə tutulub.

APA-Economics” bu barədə gələn ilin təsdiqlənmiş dövlət büdcəsi göstəricilərinə istinadən xəbər verir.

Həmçinin gələn ilin dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması üçün 15,5 mln. manat xərc nəzərdə tutulub.

Xəbəri paylaş: