Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edəcək

22.01.2020 Off By admin

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yanvarın 24-də Şirvan şəhərində, idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Kürdəmir rayonunda vətəndaşları qəbul edəcəklər.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, idarə heyətinin sədri S.Məmmədovun qəbulu saat 11:00-da Şirvan şəhərində “Gənclər evi”nin inzibati binasında keçiriləcək. Qəbulda Şirvan şəhəri və Hacıqabul rayonunun sakinləri iştirak edə bilərlər.

İdarə heyəti sədrinin müavini Ə.Qocayev isə saat 11:00-da Kürdəmir şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında vətəndaşların qəbul edəcək. Qəbulda yalnız Kürdəmir rayonunun sakinləri iştirak edə bilərlər.

Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Qəbula yazılmaq istəyənlər müvafiq rayonların “Yol İstismarı” MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

Xəbəri paylaş: