Avropa ekspertləri Texniki Universitetin rektoru ilə görüşüblər

23.12.2019 Off By admin

Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində ali təhsil üzrə beynəlxalq ekspert Jan Pol və layihənin rezident koordinatoru Liza Budanova Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin əsas inkişaf istiqamətlərindən danışıb.

Beynəlxalq ekspertlərin AzTU-nun əməkdaşları ilə görüşündə geniş fikir mübadiləsi aparılıb, ali təhsil ocaqlarının strategiyasında qiymətləndirmə indikatorları, hədəflər, fəaliyyət planı və s. müzakirə edilib.

Xəbəri paylaş: