Avropa çempionu: “Eyni nəticəni 9 ildən sonra təkrarlamağın da dəyəri başqadır”

14.02.2020 Off By admin

“Təbriklərə görə təşəkkür edirəm. Həm ikinci dəfə Avropa çempionu olduğum üçün, həm də komanda yoldaşlarımın uğuruna görə çox sevinirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

82 kq çəki dərəcəsində Avropa çempionu olan pəhləvan qitə birinciliyində qazandığı ikinci qızıl medalın təəssüratını bölüşüb. O bildirib ki, 9 il öncə qazandığı qələbə daha şirin olub: “Artıq millimizdə güclü gənc güləşçilər var. Hər idmançı yarışa çempion olmaq üçün gedir. Böyüklərdə ilk nəticəm olduğu üçün birinci çempionluq daha şirin idi. Amma eyni nəticəni 9 ildən sonra təkrarlamağın da dəyəri başqadır. Hər titulun öz yeri var. Bundan sonra lisenziya xarakterli yarışlara hazırlaşacağıq. Məşqçilərin qoyduğu plan üzrə hərəkət edəcəyik. Ondan sonra da hədəfimiz Olimpiadadır”.

Xəbəri paylaş: