“Aston Villa”nın kapitanı “Mançester Yunayted”lə anlaşıb

09.02.2020 Off By admin

“Aston Villa”nın kapitanı Cek Qriliş yeni komandasını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”lə anlaşıb.

“Real” və “Barselona”nın da maraq dairəsində olan Qriliş “qırmızı şeytanlar”la müqavilə şərtlərini razılaşdırıb. Hücumameyilli oyunçu hətta Mançesterdə ev axtarışına da başlayıb. “Mankunianlar” artıq “Aston Villa” ilə də danışıqlara start verib. Bu keçidin 35 milyon avroya başa gəlməsi və Qrilişin yayda “Mançester Yunayted”lə uzunmüddətli müqavilə bağlaması gözlənilir.

Xəbəri paylaş: