Astara xəstəxanasında son vəziyyət: “Sağlamlığımıza görə narahatıq”

28.02.2020 Off By admin

Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən İrandan qayıdan azərbaycanlıların heç bir əsas olmadan xəstəxanada saxlanıldığına dair məlumatlar yayılıb.

Oxu.Az xəbər verir ki, İrandan qayıdan azərbaycanlılar yüksək hərarətləri olmadığı halda koronavirus şübhəsi ilə Astara Rayon Mərkəzi Xəstəxanasında saxlanılıblar.

Vətəndaşlar iddia edir ki, 25 nəfərin heç birində yüksək hərarət qeydə alınmayıb. Xəstəxanada saxlanılan şəxslərdən dördü Ağstafa, üçü Biləsuvar, üçü Ağcabədi, ikisi Şabran, ikisi Bakı, ikisi Lənkəran, ikisi Şamaxı, ikisi Şirvan, biri Salyan, biri Göyçay, biri İsmayıllı, biri İran, biri isə Almatı vətəndaşıdır.

Xəstəxanada bir neçə dəfə hərarətlərinin ölçüldüyünü deyən şəxslər bildirir ki, heç birinin yüksək hərarəti olmayıb. Həmin şəxslərin hərarəti 35,8 dərəcədən – 36,5 dərəcə arasında olub.

Onlar bildirirlər ki, xəstəxanada şəraitsiz vəziyyətdə qalmaqdan səhhətlərində problem yaşamaqdan qorxurlar:

“Bu xəstəxanada bizi zorla xəstə edəcəklər. Sağlamlığımıza görə narahatıq. Əgər bizi virus şübhəsi ilə saxlayıblarsa, bu cür dağınıq, hər kəslə ünsiyyət qurmağımıza necə icazə verirlər?”

Xəbəri paylaş: