Alternativ və bərpa olunan enerji sahəsinin inkişafı Azərbaycana nə verə bilər?

26.02.2020 Off By admin

Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil. Karbohidrogen ehtiyatlarının sonsuz olmadığı, nə vaxtsa tükənəcəyi, eləcə də ekologiyaya ziyan vurması üzümüzü alternativ enerji mənbələrinə çevirmək zərurəti yaradır. Hazırda bütün dünyada məhz bu tendensiya müşahidə olunmaqdadır.

Bir çox insanlar və ekspertlər alternativ enerjinin heç vaxt ənənəvi enerji mənbələrini əvəz edə bilməyəcəyi tezisini müdafiə etsə də, inkar etmək olmaz ki, alternativin olması hər zaman lazımdır və bu üstünlüyü təmin etmək üçün əvvəldən hazırlaşmaq lazımdır. Xüsusilə də sözügedən perspektivli sahənin inkişafı üçün hər cür şərait və imkanlar olduğu halda… Sevindirici haldır ki, bu şərait və imkanlar isə Azərbaycanda mövcuddur.

Qeyd edək ki, ölkənin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Xəbəri paylaş: