Ağsaqqallar Şurasının üzvləri Şəhidlər Xiyabanını ziyarət edib

18.01.2020 Off By admin

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

APA-nın məlumatına görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq: “Azərbaycan xalqı Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir. Xalqımız şəhidlərin əziz xatirəsini hər zaman uca tutacaq”.F. Heydərov qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şanlı örnəyidir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hadisələrdən dərhal sonra imperiyanın mərkəzində – Moskvada bu cinayətə etiraz etdi, öz xalqı ilə həmrəylik nümayiş etdirdi. Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi yolunda böyük addımlar atdı. Şəhidlərimiz rahat yatsınlar. Ölkəmiz artıq müstəqildir. Azərbaycan dünyanın ən inkişaf etmiş ölkəsidir”.

Xəbəri paylaş: