ADNSU: rektor universitetin 100 illik yubileyi münasibətilə nəzərdə tutulan layihələrdən danışıb

30.12.2019 Off By admin

Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə universitetin ayrı-ayrı fakültələrində görüşü olub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin geoloji kəşfiyyat, neft-mexanika, qaz-neft-mədən, informasiya texnologiyaları və idarəetmə fakültələrində olan rektor 2019-cu ildə təhsil müəssisəsində həyata keçirilən layihələrdən və tədrisdəki yeniliklərdən danışıb.

M.Babanlı, həmçinin universitetin 100 illik yubileyi münasibətilə nəzərdə tutulan layihələrdən bəhs edib və yubiley çərçivəsində 100 tədbirin keçiriləcəyini deyib.

Çıxış edən fakültə dekanları, professor və müəllimlər ADNSU-dakı yenilikləri yüksək dəyərləndiriblər.

Xəbəri paylaş: