ABŞ şirkəti Almaniyanın ən böyük bankında pay aldı

09.02.2020 Off By admin

ABŞ-ın “Capital Group” şirkəti Almaniya bankı “Deutsche Bank”ın 3,1% hissəsini satın alaraq ən böyük səhmdarlardan biri olub.

Milli.Az marja.az-a istinadən bildirir ki, Bank, xüsusilə keçmiş performansı və sərmayə etibarlılığı olan səhmdarın bankda pay sahibi olmasından məmnundur.

Bankın internet saytına görə, Qatar Kral ailəsi bankın  6,1% hissəsinə sahib olaraq ən böyük səhmdardır, “BlackRock Inc” 4,49% ilə ikinci və “Hudson Executive Capital” isə 3,14% ilə üçüncü yerdədir.

Xəbərdən sonra “Deutsche Bank”ın səhmləri 6%-dən çox bahalaşaıraq 8,74 avronu görüb.

Xəbəri paylaş: