ABŞ Rusiya, İran, Türkiyə və Çinə qarşı yeni sanksiyalar tətbiq edir

26.02.2020 Off By admin

ABŞ yenidən İran, Şimali Koreya və Suriyada yayılmamaq haqqında qanuna (INKSNA) uyğun olaraq Rusiya, İran, Türkiyə və Çindən olan vətəndaşlara və şirkətlərə sanksiyalar tətbiq edir.

Hakimiyyet.com-un məlumatına bunu “-ABŞ, Çin, İraq, Rusiya və Türkiyədəki 13 xarici təşkilatlara və şəxslərə İran, Şimali Koreya və Suriyada yayılmamaq haqqında qanununa (INKSNA) uyğun olaraq sanksiya tətbiq edir-” deyə, ABŞ-ın Dövlət katibi Mayk Pompeo verdiyi açıqlamada bildirib. Xüsusilə Çin və Türkiyədən olan beş təşkilat və şəxs “İranın raket proqramını dəstəklədiyi üçün” sanksiya siyahısına daxil edilib.

Çinli Luo Dingwen Pakistanın silah proqramındakı həssas əşyaların tədarükündə də iştirak edib,- bunu Mayk Pompeo v açıqlamasında vurğulayıb.

Ancaq bu sanksiyalarda konkret olaraq hansı Rusiya şirkətlərinin sanksiyaya məruz qaldığı göstərilmir.

Xatırladaq ki,  ABŞ İrana qarşı sanksiya siyahısının genişləndirilməsinə fevralın 20-də qərar verib. Bu siyahıya

İran İslam Respublikası Konstitusiyasının Qəyyumlar Şurasının sədri Əhməd Cənnəti də daxil edilib.

Füzuli Əfqanoğlu,

Hakimiyyet.com

Xəbəri paylaş: