“İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir”

“İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir”

8:33 01.06.2020

“Hakimiyyet.com” xəbər verir ki,

“İnşaat respiratorları koronavirusdan qorunmada ən təsirli vasitədir” 

APA-nın məlumatına görə, bu barədə Epidemiologiya və Mikrobiologiya Mərkəzinin aparıcı tədqiqatçısı, həkim-virisoloq Viktor Lariçev RİA Novosti-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, inşaat respiratorları xüsusi materialdan hazırlanmış daha yaxşı süzgəcdən ibarətdir: “Adi tibbi maskalar tozu o qədər də tutmayır, ancaq bu respiratorlar tozun udulmasına imkan vermir”. 

Lariçev əlavə edib ki, sözügedən respiratorlar virusun yayılmasını, eyni zamanda virusdan qorunmağı təmin edir: “İnşaat respiratorları danışarkən, hətta asqırarkən və ya öskürərkən nəfəsdən ayrılan virusların ətrafa yayılmasının qarşısını alır”.

Həkim-virisoloq eyni zamanda, respiratorların üzü daha sıx bağladığını vurğulayıb. 

 

Xəbəri paylaş: