Mingəçevir sakini 9 həbi bir dəfəyə qəbul edərək zəhərlənib

Mingəçevir sakini 9 həbi bir dəfəyə qəbul edərək zəhərlənib

0:50 23.05.2020

“Hakimiyyet.com” xəbər verir ki, 9 dərman həbini eyni anda qəbul edən Mingəçevir sakini zəhərlənib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə N.Nərimanov küçəsi 38, mənzil 13-də baş verib.

1983-cü il təvəllüdlü şəhər sakini Hüseynli Zeynəb Şakir qızı naməlum səbəbdən hər hansı həkim məsləhəti olmadan eyni anda 9 ədəd dərman preparatını qəbul edərək zəhərlənib. Halsız vəziyyətə düşən qadın xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.

Xəbəri paylaş: