Arzu Nağıyev: Paşinyan həyata keçirdiyi qeyri-adekvat siyasətini məhz Dağlıq Qarabağ kartı üzərində qurmaq istəyir

Arzu Nağıyev: Paşinyan həyata keçirdiyi qeyri-adekvat siyasətini məhz Dağlıq Qarabağ kartı üzərində qurmaq istəyir

23:47 21.05.2020

Nikol Paşinyan özünün həyata keçirdiyi və keçirməyə cəhd etdiyi qeyri-adekvat siyasətini məhz Dağlıq Qarabağ kartı üzərində qurmaq istəyir. Hakimiyyet.com Trend-ə istinadən verdiyi məlumata görə, bunu AzTV-nin “Hədəf” verilişinin qonağı olan Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz “seçkilər”in və “andiçmə mərasimi”nin keçirilməsinə münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, seçkilərin məxsusi olaraq Şuşada keçirilməsi ilə Paşinyan bir neçə məsələni ön plana çəkmək istəyir:

“Birinci məsələ danışıqlar prosesinə yox deməkdir. Düşünürəm ki, bu hadisədən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri birmənalı şəkildə bəyanatla çıxış etməlidirlər. İkinci məsələ isə onun nəyin bahasına olursa olsun keçirilən seçkinin legitimləşməsinə çalışmasıdır”. Həmin verilişi təqdim edirik:

Xəbəri paylaş: