Xarici dövlətlərə verilmiş kreditlərdən büdcəyə proqnozdan 24% az vəsait daxil olub

Xarici dövlətlərə verilmiş kreditlərdən büdcəyə proqnozdan 24% az vəsait daxil olub

11:03 16.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

2019-cu ildə xarici dövlətlərə verilmiş kreditlər üzrə dövlət büdcəsinə 52 324,3 min manat vəsait daxil olub.

APA-Economics” bu barədə “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu da 2018-ci ilin icra göstəricisindən 17 452,8 min manat və ya 25% azdır.

Qeyd edək ki, bu kateqoriyadan olan daxilolmalar proqnozdan 16 823,7 min manat və ya 24,3% az icra olunub. Belə ki, 2019-cu il dövlət büdcəsinə xarici dövlətlərə verilmiş kreditlərdən 69 148 min manat daxilolma proqnozlaşdırılırdı.

Xəbəri paylaş: