20 Yanvarda Azərbaycan xalqı iradəsini və mübarizliyini bütün dünyaya nümayiş etdirdi

20.01.2020 Off By admin

AMEA-nın Fəlsəfə İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu deyib. 20 Yanvar hadisələri barədə ətraflı məlumat verən İlham Məmmədzadə bildirib ki, həmin ağır günlərdə Azərbaycan xalqı birləşərək iradəsini və mübarizliyini bütün dünyaya nümayiş etdirdi.

Sonra institutun əməkdaşları – Əhməd Qəşəmoğlu, Məhəmməd Cəbrayılov, Rəfiqə Əzimova, Ruşan Ruşanzadə Qanlı Yanvar gecəsinin şahidi olduqları hadisələrlə bağlı xatirələrini bölüşüblər.

Xəbəri paylaş: