“Norm Ustalar Klubu” 2019-cu ilin Milli KSM layihəsi mükafatına layiq görülüb

17.02.2020 Off By admin

“Norm” şirkətinin “Norm Ustalar Klubu” layihəsi ilə qatıldığı 2019 Milli KSM müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Müsabiqənin komissiya heyətini İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası, “ASAN xidmət”, “CSR Europe”, “CSR Turkey”, “CSR Azerbaijan”, həmçinin “Proaktiv PR” Agentliyindən məsul şəxslər təşkil ediblər.

Müsabiqə KSM-in ölkəmizdə inkişafı üzrə dövlət siyasətinin, o cümlədən Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq təşkil olunub.

Müsabiqədə “Norm”un həyata keçirdiyi “Ustalar Klubu” layihəsi BMT-nin 12-ci dayanıqlı inkişaf istiqaməti olan “Məsuliyyətli istehlak və istehsal” istiqaməti üzrə 2019 Milli KSM mükafatına layiq görülüb. “Norm Ustalar Klubu” layihəsi artıq 2016-cı ildən etibarən “Norm” şirkətinin rəhbərliyi və beynəlxalq araşdırma şirkəti “Business Insight International Research Group”un koordinatorluğu vasitəsilə həyata keçirilir. Layihənin əldə etdiyi uğurlar peşəkar, innovativ və yüksəkixtisaslı “Norm” və “Business Insight” komandalarının birgə əməyinin nəticəsidir.

Ölkədə həyata keçirilən ən irihəcmli və sosialyönümlü layihələrdən olan “Norm Ustalar Klubu”nun faydaları sadəcə ustalara deyil, həmçinin son müştəriyə, yəni ümumilikdə cəmiyyətə hesablanıb.

Məlumdur ki, “Norm Sement” tərəfindən mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimlərdə sement və beton sahəsində xüsusi nəzəri və praktiki biliklərə yiyələnmiş, sertifikasiya imtahanlarınından yüksək bal toplamış ustalar daha səmərəli fəaliyyət göstərir və işlərində daha faydalı olurlar. Fərqlənən ustalar il ərzində xüsusi bonuslardan, pulsuz danışıq dəqiqələrindən və dəyərli hədiyyələrdən yararlana bilirlər.

“Norm” şirkətinin peşəkar komandası və “Business Insight Beynəlxalq Araşdırma” şirkətinin dəstəyi ilə təşkil olunan təlimlərdə inşaat ustalarının sadəcə peşə və bacarıqlarının artırılmasına deyil, həmçinin maliyyə savadlılığının, tibbi məlumatlılığın artırılması, müştəri münasibətlərinin təkmilləşdirilməsi məsələlərinə üstünlük verilir. Belə təlimlərin keçirilməsi ustaların hərtərəfli inkişafına, son müştərinin isə yüksək səviyyəli xidmət əldə etməsinə gətirib çıxarır.

Müştəriyönümlü fəaliyyətilə qabaqcıl sıralarda yer alan “Norm Sement”in bundan sonra da ustalara dəstək və qayğısı davam edəcək. Daim öz sosial öhdəliklərinin fərqində olan, cəmiyyətə yararlı və müxtəlif yaş qruplarını əhatə edən sosial layihələr həyata keçirən “Norm Sement” bu ənənəsini 2020-ci ildə də davam etdirməyi planlaşdırır.

Xəbəri paylaş: