Avtomobili yüksək sürətlə idarə etdi, qəza törətdi

13.02.2020 Off By admin

Bakıda avtomobili yüksək sürətlə idarə edən sürücü qəza törədib.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda Ziya Bünyadov prospektində baş verib.

Belə ki, “Lada Priora” markal avtomobilin sürücüsü qəfil idarə etməni itirərək minik maşınını yolda quraşdırılan işıq dirəyinə çırpıb.

Zərbənin təsirindən sürücü Hüseyn Əzizov yaralanaraq xəstəxanaya yerləşdirilib.

İlkin müayinə zamanı yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Qəzadan sonra yolda uzun tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisəyə səbəb kimi “Lada Priora”nın sürcüsünün avtomobili yüksək sürətlə idarə etməsi göstərlir.

 

Xəbəri paylaş: