Ərdoğan və Putinin yeni gündəmi – ikinci zəng gəldi

18.12.2019 Off By admin

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında növbəti telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

“Prezidentimiz RF Prezidenti Vladimir Putinlə telefonla danışıb. Onlar Liviya və Suriyadakı vəziyyəti, eləcə də regional problemləri və ikitərəfli münasibətləri müzakirə ediblər”, – məlumatda bildirilir.
Xatırladaq ki, iki ölkə lideri arasında telefon danışığı dekabrın 11-də də baş tutmuşdu. Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən danışıq zamanı ticari-iqtisadi əlaqələr də daxil olmaqla ikitərəfli əməkdaşlıq mövzusu üzrə bir sıra vacib məsələlər müzakirə olunmuş, energetika və hərbi-texniki əməkdaşlıq üzrə birgə layihələrin reallaşdırılmasının aktuallığı qeyd edilmişdi. Həmçinin o da vurğulanmışdı ki, Ərdoğan Putini Londonda keçirilən NATO sammitindəki görüşləri barədə də məlumatlandırıb.

Xəbəri paylaş: