Ərdoğan: “Əsəd yalnız Rusiyanın dəstəyi ilə hakimiyyətdə qalır”

27.02.2020 Off By admin

Suriyanın İdlib bölgəsindəki hadisələr Türkiyə ordusunun xeyrinədir.

Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri fevralın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əgər Rusiyanın dəstəyi olmasaydı, Əsəd rejimi öz mövcudluğunu tamamilə dayandırardı”, – deyə Ərdoğan əlavə edib.

Bundan başqa, o, daha üç türk hərbçisinin həlak olduğunu bəyan edib: “Suriya iqtidarının itkiləri dəfələrlə çoxdur”.

O qeyd edib ki, yüz minlərlə suriyalını öldürən Əsəd rejimi ilə Ankaranın dostluq münasibətləri ola bilməz.

Ərdoğan Liviyadakı vəziyyətə də toxunub.

“Türkiyənin səyləri nəticəsində Liviyada vəziyyət bu ölkənin tanınmış hökumətinin xeyrinə dəyişib”. Anadolu agentliyi prezidentin sözlərindən sitat gətirib.

Daha öncə bildirilib ki, Türkiyənin dəstəklədiyi Suriya yaraqlıları İdlibdə iki şəhəri hökumət qoşunlarından geri alıb.

Xəbəri paylaş: