ƏLİ HƏSƏNOV XƏYANƏTKARDIR, YOXSA SATQIN? BƏLKƏ… CANİ?

28.12.2019 Off By admin
  •        Uzun illər mətbuatda çalışaraq ölkənin maraqlarına xidmət edən onlarla məqalə müəllifiyəm. Azərbaycanla bərabər bir sıra xarici ölkə mətbuatında müsahibə və məqalələrim dərc olunub. Bakı Dövlət Universitetində təhsil aldığım illərdə (1986-1991) Universitetin “Lenin tərbiyəsi uğrunda” çoxtirajlı qəzetinin 1987-ci ildən 1991-ci ilədək müntəzəm nəşrində böyük zəhmətim olub. Orada məsul katib, müxbir kimi çalışmışam. 1990-cı il Qanlı Yanvar hadisəsindən sonra (həmin vaxtlar Əli Həsənov harada olduğunu bilmirəm-F.Ə.) “Lenin tərbiyəsi uğrunda” qəzetinin adının dəyişdirilərək “Bakı Universiteti” qoyulmasında həmin dövrdə qəzetin Baş redaktoru Ağamusa Zeynalovla bərabər mənim də zəhmətim az olmamışdır. 1988-ci illərdə Azərbaycanımızın dilbər guşəsi olan Şuşanın Topxana meşəsinə soxulmaqla torpaqlarımıza uzanan təcavüzkar ermənilərə qardaşlıq edən Azərbaycanın həmin vaxtlardakı rəhbərlərinə qarşı ilk olaraq etiraza qalxan Azərbaycan Dövlət Universitetinin öndə gedən tələbələrindən biri olmuşam. 1990-cı il yanvarın 19-dan 20-nə keşən gecə Bakının Sovet İmperiyası tərəfindən gülləbəran edildiyi gecə səhərədək “XI Qızıl Ordu” metrostansiyasından Salyan kazarmasının aşağı qapısınadək mübarizəyə qalxan insanlarla bir yerdə vuruşmuş, yaralılara kömək göstərmiş, nəhayətdə verilən Şəhidlərin sayəsində Azərbaycanımızın müstəqilliyinə qovuşmuşuq. Bu dediklərimin şahidləri indi də həmin olayları qürurla xatırlayırlar.
  •          Görəsən uzun illər mənə qarşı şəxsi qərəzlilik zəminində düşmənçilik edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi şöbəsinin rəisi, köməkçisi Əli Həsənov bu qürura malikdirmi? Məni həbs elətdirməkdən ötrü barəmdə danos yığmaq üçün Daxili İşlər Nazirliyinin 7-ci şöbəsinin sabiq əməkdaşı, polis polkovnik-leytenantı Tahir Kazımovu redaksiyaya atdırmaqla məqsədinə nail olduqdan sonra rahatlana bildimi? Bu şərəfsizin hesabına anamın ürəyi partladı, atam dəfələrlə infarkt keçirtdi, axır ki, başıma bu alçağın gətirdiklərinə dözməyib dünyasını dəyişdi. Mənsə ondan özümü qorumaq üçün bütün barışdırıcı, ona qarşı yol verdiyim, əgər varsa, nöqsanları aradan qaldırmağa can atdım, nə qədər ki, “Hakimiyyət” qəzetinin arxasında mərhum Prezidentimiz, Ümummilli lider Heydər Əliyev və onun mərhum qardaşı akademik Cəlal Əliyev dayanırdı, Əli Həsənovun mənə və ətrafımdakılara qarşı tədbirləri baş tutmurdu.
  •          Ancaq 2002-ci ildə Heydər Əliyevin müalicəyə getməsindən, həmşinin akademik Cəlal Əliyevin Londonda olmasından istifadə edən xəyanətkar Əli Həsənov məni qondarma, saxta və yalançı ittihamlarla Azərbaycan Respublikası Daxili İşlər  Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə apartdıraraq ətrafımda böyük şou qurdu. Bütün telekanallara tapşıraraq gün ərzində İraqın sabiq prezidenti Səddam Hüseynin devrilməsi  xəbəriylə eyni vaxta mənim həbsimi ictimaiyyətə təqdim etməyi tapşıran Əli Həsənovun istəyi yalnız “ANS” telekanalında baş tutdu. Bəs Əli Həsənovu mənə qarşı bu qədər düşmənçilk etməyə nə vadar etmişdi? Nədən ona qarşı ehtiyatlı davrandığım halda, o, mənə qarşı belə namərdlik edirdi? Bu sualların hamısının açıqlaması var, doğrudur, deyə bilərsiniz ki, indi o, vəzifədən gedib, baş verənləri yazıram, bəli,  bunlara da cavabım var, yetər ki, sizlər hövsələnizi basıb mənim, ailəmin başına gələnləri oxuyun. Heç də Əli Həsənov fikirləşdiyiniz kimi sadə deyil, o, qatı cinayətkar Hacı Məmmədovdan da təhlükəli bir məxluqdur..! 

                           Davamı var…

Füzuli Əfqanoğlu,                 

“Hakimiyyət” qəzetinin Baş redaktoru

Xəbəri paylaş: