Əli Həsənov hava limanında saxlanılması barədə xəbərlərə cavab verdi

28.12.2019 Off By admin

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Əli Həsənov hava limanında saxlanılaraq geri qayatrılması və ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatlara münasibət bildirib. 

KONKRET.az xəbər verir ki, Əli Həsənov Demokrat.az-a eksklüziv açıqlamasında deyib ki, yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

O, hazırda Almaniyada olduğunu söyləyib:

“Bu xəbərlər tamamilə yalandır. Mən indi Almaniyada xəstəxanadayam, müayinə keçirəm”.

Qeyd edək ki, sabiq deputat Gülər Əhmədova Əli Həsənovun hava limanında saxlanılması barədə sosial şəbəkədə “status” yazıb və daha sonra həmin fikirlərini silib.

Xəbəri paylaş: